İranda işgəncə ilə öldürülən 5 polisin cənazəsində böyük etiraz – FOTOLARbackend

İranda işgəncə ilə öldürülən 5 polisin cənazəsində böyük etiraz - FOTOLAR

İranda benzinin bahalaşmasından sonra keçirilən etiraz aksiyalarında işgəncə ilə öldürülən təhlükəsizlik əməkdaşlarının cənazə mərasimi antinümayişə səbəb olub.

KONKRET.AZ Türkiyə mediasına istinadən xəbər verir ki, cənazə mərasimi bu gün paytaxt Tehranda baş tutub.

Böyük bir kütlənin iştirak etdiyi cənazədə yenidən etirazlar baş qaldırıb.

Dövlət adamlarının, İnqilab Keşikçiləri Ordusunun üzvləri və şiə din adamlarının iştirakı ilə keçirilən mərasimdə benzinin bahalaşmasına yenidən etirazlar edilib.

Nümayişlərdə ABŞ və İsrail əleyhinə şüarlar da səsləndirilib və qatillərin cəzalandırılması tələb edilib.

Aksiyalar zamanı bir çox şəhərdə ictimai binalara ziyan dəyib. Benzin doldurma stansiyaları və banklar yandırılıb. Tehran hökuməti etirazların böyüdüyünü görərək noyabrın 16-da interneti kəsib.

Məlumatlarda indiyə qədər aksiyalarda 5 təhlükəsizlik əməkdaşının və 1 etirazçının öldürüldüyü, 1500 nəfərin saxlanıldığı açıqlanıb.

Hazırladı: Firuzə ALİMOVA

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*