İranın Qərbi Azərbaycan vilayətinin Xoy şəhərində baş vermiş zəlzələdə xəsarət alanların sayı 970 nəfəri ötüb.
KONKRET.az xəbər verir ki, bu barədə “Tasnimnews” agentliyi məlumat yayıb.
Qeyd olunub ki, zəlzələ nəticəsində 3 nəfər ölüb, 973 sakin isə yaralanıb.
Təbii fəlakət nəticəsində zərərçəkənlərin sayının artması istisna olunmur.
10:47
İranın Qərbi Azərbaycan vilayətinin Xoy şəhərində baş vermiş zəlzələdə xəsarət alanların sayı 700 nəfərə çatıb.
KONKRET.az xəbər verir ki, bu barədə “Mehr” agentliyi məlumat yayıb.
Bildirilib ki, şəhərə dəyən ziyanın qiymətləndirilməsi üçün əraziyə işçi qrupu cəlb edilib.
09:26
İranın Xoy şəhərində 5,8 bal gücündə zəlzələ baş verib.
KONKRET.az “Mehr” agentliyinə istinadən xəbər verir ki, zəlzələ nəticəsində 2 nəfər ölüb, 580 nəfər yaralanıb.
Bildirilib ki, zəlzələdən sonra dəymiş ziyanın miqdarını, yardım və xidmətlərin göstərilməsi prosesini dəqiq qiymətləndirmək üçün zəlzələdən zərər çəkmiş ərazilərə qiymətləndirmə qrupları göndərilib.
02:25
İranın Xoy vilayətində qeydə alınan zəlzələ nəticəsində 2 nəfər ölüb.
KONKRET.az IRNA-ya istinadən xəbər verir ki, bu barədə Qərbi Azərbaycan Böhran Vəziyyətləri İdarəsinin rəhbəri bildirib.
Agentliyin məlumatına görə, İran Qızıl Aypara Cəmiyyətinin rəhbəri isə təbii fəlakətin baş verdiyi ərazidən 122 nəfərin yaralandığını açıqlayıb. Digər məlumatlara görə, 307 nəfərin yaralı var.
Qeyd edək ki, dağıntıların meydana gəldiyi Xoy Azərbaycan türklərinin kompakt yaşadığı şəhərlərdən biridir.
Xatırladaq ki, yanvarın 28-də saat 22:14-də Naxçıvan stansiyasında 108 km cənubda, İran ərazisində zəlzələ qeydə alınıb. Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi bildirib ki, maqnitudası 6,2 olan yeraltı təkanların dərinliyi 10 km olub.
