İrandan PUA ilə keçirmək istədilər, saxlanıldılar – FOTObackend

İrandan PUA ilə keçirmək istədilər, saxlanıldılar – FOTO

Dövlət Sərhəd Xidməti Sərhəd Qoşunları Komandanlığının “Lənkəran” sərhəd dəstəsinin xidməti ərazisində sərhəd xəttinə yaxın sahədə sərhəd naryadı tərəfindən pilotsuz uçuş aparatının (PUA) hərəkəti və əraziyə kiçik həcmli bağlama ataraq İran istiqamətində geri qayıtması müşahidə edilib.

Bu barədə KONKRET.az-a Dövlət Sərhəd Xidmətindən məlumat verilib.

Bildirilib ki, sərhəd zastavası dərhal “Silaha” komandası üzrə qaldırılıb, xidməti ərazi qapadılıb.

Keçirilmiş sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində atılmış bağlamanı götürmək məqsədilə əraziyə gələn Lənkəran rayon sakini – 1988-ci il təvəllüdlü Həsənov Anar Rasim oğlu, eləcə də avtomobildə onu gözləyən Qubadlı rayon sakini – 1985-ci il təvəllüdlü Hüseynov Razim Məhyəddin oğlu şübhəli şəxs qismində saxlanılıb.

Saxlanılan şəxslər ilkin dindirilmə zamanı əraziyə PUA vasitəsilə atılmış 4 kiloqram 504 qram narkotik vasitə marixuananı götürmək məqsədilə gəldiklərini etiraf ediblər.

Araşdırma nəticəsində onların əvvəllər məhkum olduqları müəyyənləşdirilmişdir. Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.

PUA ilə ölkə ərazisinə narkotik vasitənin keçirilməsinin qarşısı alınmışdır

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*