“İranın mövqeyindən asılı olmayaraq İsraildə səfirlik açılmalıdır” – Politoloqbackend

“İranın mövqeyindən asılı olmayaraq İsraildə səfirlik açılmalıdır” - Politoloq

“Azərbaycanın işğal olunmuş ərazilərini azad etməsi regionda yeni siyasi nizam formalaşdırmaqla yanaşı, öz mövqeyini kifayət qədər gücləndirib. Artıq, Qarabağ məsələsindən Azərbaycana qarşı təzyiqlər demək olar ki, keçmişdə qaldı. Hazırda prezident İlham Əliyev Azərbaycanın xarici siyasət strategiyasinda yeni bir mərhələnin başlanğıcını qoyub. Məhz Qarabağ müharibəsində Azərbaycanın zəfəri tərəfdaş ölkələrlə -Türkiyə, İsrail, Böyük Britaniya və Pakistanla sıx siyasi-hərbi əməkdaşlığını diktə edir. İlk növbədə bura Türkiyə-Azərbəyacan və Pakistan birgə hərbi platforması, Böyük Britaniya- İsrail və Azərbaycan hərbi əməkdaşlığını yeni müstəviyə qaldırmağa imkan verdi”.

KONKRET.az xəbər verir ki, bu barədə politoloq Məhəmməd Əsədullazadə qeyd edib.

Politoloqun sözlərinə görə, dövlətimiz üçün əsas məsələlərdən biri məhz İsraillə iki tərəfli siyasi əlaqələrin inkişafını rəsmiləşdirən Azərbaycanın bu ölkədə səfirliyinin açılması olmalıdır:

“Artıq İsraillə növbəti hərbi-təxniki və yeni silahların alınması istiqamətində müqavilə imzalanıb. İsrail Azərbaycanın yaxın təhlükəsizlik tərəfdaşıdır. Rəsmi Bakı Tehranın mövqeyindən asılı olmayaraq İsraildə səfirlik açmalıdır. Nəzərə alaq ki, Ermənistanın bu ölkədə səfirliyinin olmasına baxmayaraq İsrail buna önəm vermir. Amma İsrail rəsmiləri daima Azərbaycanın bu ölkədə səfirliyinin açılmasının istəklərini dilə gətirirlər. Bu gün İran-İsrail əlaqələrinin hansı səviyyədə olması Azərbaycan üçün önəmli olmamalıdır. İran qonşu ölkə, İsrail isə strateji hərbi müttəfiqdir”.

“İsrail artıq ərəb ölkələri ilə diplomatik əlaqələr qurub. Hətta birgə Alyans yaradırlar. Ona görə də İsraildə səfirliyimizin açılması Azərbaycana hərhansı bir təzyiqlərin olacağı gözlənilmir. Azərbaycan ümumiyyətlə bu təzyiqləri neytrallaşdırılacaq ölkələrlə əhatə olunub. Qeyd edim ki, Azərbaycan Türkiyə İsrail və İsrail Pakistan əlaqələrin bərpasında müstəsna rol oynaya bilər”, – deyə M.Əsədullazadə fikrini tamamlayıb. yenisabah.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*