İranın Naxçıvanda XANLIQ ideyası və ya I Zəngəzur SAVAŞI – 2023-ə AZ QALDIbackend

İranın Naxçıvanda XANLIQ ideyası və ya I Zəngəzur SAVAŞI - 2023-ə AZ QALDI

Naxçıvanın statusu məsələsi Rusiya ilə Türkiyə arasında bağlanmış Moskva müqaviləsi ilə müəyyən olunub:

1. Naxçıvana muxtariyyət statusu verilir.

2. Naxçıvan Azərbaycanın himayəsi altında olmalıdır.

3. Azərbaycan bu himayə haqqını heç bir zaman üçüncü bir dövlətə güzəştə getməyəcəkdir.

KONKRET.az xəbər verir ki, Qars müqaviləsi ilə təsdiq edilmiş Naxçıvanın muxtariyyət statusu Moskva sazişindəki 3 məsələdən bir qədər fərqlənirdi. Moskva müqaviləsindən fərqli olaraq Qars müqaviləsinin V maddəsində Naxçıvanın statusu məsələsində razılığa gələn tərəflər Türkiyə, Azərbaycan və Ermənistan hökumətləridir. Beşinci maddəyə qayıdacağıq.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov:

“Qars müqaviləsi dünən olduğu kimi, bu gün də, gələcəkdə də Naxçıvanın muxtariyyət statusuna təminat verən çox mühüm hüquqi, siyasi və beynəlxalq sənəddir”.

Bəs Vasif Talıbov istefaya göndərilərsə?

2021-ci il martın 5-də Yeni Azərbaycan Partiyasının VII qurultayı maraqlı hadisələrlə yadda qalıb. Vasif Talıbov da qurultay iştirakçısı idi və sərt karantin rejiminə rəğmən binaya tibbi maskasız daxil olmuşdu. Bir növ “Azərbaycanın qanunları Naxçıvana aid deyil” aurası formalaşırdı. Prezident İlham Əliyevin qurultayda videformat çıxışı zamanı onun sürücüsü YAP-ın binasından çıxaraq maşından tibbi maska götürüb sürətli şəkildə binaya daxil oldu. Mən daxil, həmin epizodu görən jurnalistlər söhbətləşməyə başladı ki, “yüz faiz cənab bunu maskasız görüb və danlayıb”. Çünki Azərbaycandakı qanunlar hamıya şamil olunmalıdır.

Hazırda son aylarını yaşadığımız 2022-yə qayıtsaq, pələng ili muxtar respublika üçün kadr dəyişiklikləri ili yadda qalıb. Bununla da Naxçıvandakı bəzi məmurlar “şir həmişə şirdir” rejimindən çıxıb. Kreslodan ayrılmaq istəksizliyi də ərazi bütövlüyü üçün müəyyən təhdidlər yarada bilər. Belə ki, Ermənistana görə Azərbaycanla tərsləşən İran Naxçıvanı öz tərkibinə qatmaq istəyir və bu istiqamətdə təbliğat maşınını işə salıb. Hər halda Naxçıvan DTX-nın ləğvi və yerində Dövlət Təhlükəsizliyi Xidmətinin Naxçıvan Baş İdarəsinin yaradılması təsadüf deyil. Müəyyən prosesə start verilib və Azərbaycan üçün müsbət nəticələr gözlənilir. Sadəcə, İran Bakının Naxçıvan reformlarını mənfi yönə çəkmək və muxtar respublikanın anneksiyasına nail olmaq niyyətindədir. Farsların müəyyən azərbaycanlılara xanlıq vəd verdiyi də söylənilir. Tariximizdə xanlıq təcrübəsinin olduğuna görə xan olmaq istəyənlər də var. Amma heç Şahrux Xan da ola bilməyəcəklər.

Qars müqaviləsinin V maddəsi

Naxçıvanın statusu məsələsində razılığa gələn tərəflər Türkiyə, Azərbaycan və Ermənistandır. Burada Rusiya bir yana, İranın da adı çəkilmir. İranın hücum planı reallaşsa, “Dəmir Yumruq” yerindədir. Elə Türkiyənin də onların başını əzməyə haqqı çatır.

I Zəngəzur savaşı

Azərbaycanın 2023-də Ermənistanı sülhə məcbur edəcəyi, İrəvanın razılığı oldu-olmadı Zəngəzur dəhlizini açacağı barədə xəbərlər dolaşmaqdadır. Bunu Prezidentin çıxışlarındakı müəyyən mesajlara diqqət yetirəndə də anlamaq olur. İran isə Ermənistanı özünün “kantovka”sı kimi qıpqırmızı xətti, mövcud sərhədlərin dəyişdirilməsini isə yolverilməz adlandırır. Hətta İranda yaşayan ermənilər Azərbaycanın Zəngəzur-Dərələyəzə girəcəyi təqdirdə farsların Naxçıvanı işğal edəcəyini iddia edirlər. Erməni sərsəmliklərini bir kənara qoyub real təhlil aparanda həmin zonada böyük savaşa konsulluqların səbəb olacağı görünür:

1. İranın Qafandakı konsulluğu

2. Türkiyənin Naxçıvandakı konsulluğu

Azərbaycan Zəngəzura hücum etsə, molla rejimi ilə toqquşacaq. Farslar isə Naxçıvana irəliləsə, Türkiyə ilə kəllə-kəlləyə gələcək. İstənilən halda İran təklənəcək. Çünki Ermənistan onlara kömək etməz, hətta yardım istəyinə düşsə də, bunu nə ilə reallaşdıracaq? Ordusu Yerablurda, hərbi texnikası Bakıdakı qənimətlər parkındadır.

KONKRET.az-ın Analitik Qrupu

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*