İrəvan-Qafan aviareysi LƏĞV EDİLİRbackend

İrəvan-Qafan aviareysi LƏĞV EDİLİR

“Noveir” aviaşirkəti oktyabrın 20-də İrəvan-Qafan-İrəvan marşrutu ilə daha iki qeyri-müntəzəm reysə icazə verməsi üçün Ermənistanın Mülki Aviasiya Komitəsinə ərizə təqdim etmişdi.

KONKRET.az erməni KİV-ə istinadən xəbər verir ki, şirkət Mülki Aviasiya Komitəsinə təqdim etdiyi İrəvan-Qapan reysləri ilə bağlı müraciətini ləğv edib.

Məlumata görə, şirkət 2022-ci il yanvarın 20-dən sentyabrın 20-dək L410 təyyarəsi ilə uçuşlar həyata keçirməyi planlaşdırırdı.

“Şirkət noyabrın 16-da sorğunun ləğvi ilə bağlı vəsatət yazdığı üçün yuxarıda qeyd olunan müraciətə komitə tərəfindən baxılmayıb”, – deyə Mülki Aviasiya Komitəsindən bildirilib.

Xatırladaq ki, İrəvan-Qafan-İrəvan müntəzəm reysləri ilə bağlı məlumat noyabrın 11-də ortaya çıxıb. Modern.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*