“İrəvana ordu yeridiləcək, Qasparyan Paşinyanı devirəcək“ – ŞOK AÇIQLAMAbackend

“İrəvana ordu yeridiləcək, Qasparyan Paşinyanı devirəcək“ - ŞOK AÇIQLAMA

Baş Qərargah qərarından dönməsə, Nikol Paşinyan qaçmağa məcbur olacaq, Baş Qərargahın qərarı kortəbii deyil.

KONKRET.az xəbər verir ki, bunu siyasi şərhçi Armen Badalyan deyib.

O, mülki əhali ilə ordu arasında toqquşmaları istisna etmir və baş nazirin gedişinə alternativ görmür.

Badalyan əlavə edib ki, indi Paşinyan polis və qoşunları kimi heç bir şey edə bilməyən müavinlərinə güvənir: “Bunlar arasında belə, baş nazirə mütləq dəstək də yoxdur. Onlar ölkədəki mövcud rejimi canlarının bahasına müdafiə etməyəcəklər. Adi vətəndaşlara gəldikdə, Paşinyan başa düşür ki, ordu qarşısında durmaq və onu qorumaq iqtidarında deyillər. Tərəfdarları azdır və toqquşmalar istisna edilmir. Əsgərlər şəhərə gətirilsə, Paşinyanın tərəfdarları da daxil olmaqla, hamı dağılacaq”.

O bildirib ki, hökumət orduya qarşı güc tətbiq etsə, Onik Qasparyan silahlı çevrilişə gedəcək və o zaman Paşinyan üçün ən pis ssenari həyata keçiriləcək: “Hərbi çevrilişin xarici amillərin təsiri də daxil olmaqla, planlı hərəkətlər olduğunu istisna etmirik”.

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargahı baş nazir Nikol Paşinyanın istefasını tələb edən bəyanat yayıb. Buna cavab olaraq hökumət başçısı ölkədə hərbi çevriliş cəhdi elan etdi və tərəfdarlarını küçələrə çıxmağa çağırdı.   /Publika.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*