backend

İrəvanda atışma - VİDEO

KONKRET.az shamsiyan.com-a istinadən xəbər verir ki, İrəvanda atışma olub. Gecə saat 3:30 radələrində Erebuni polis şöbəsinə naməlum silahlı şəxsin Tiqran Mets prospekti 74 ünvanında silahdan atəş açması barədə xəbər daxil olub.

İrəvan Polis İdarəsinin rəisi Qarik Qukasyan və Polis İdarəsi rəisinin müavini Alik Mamikonyan hadisə yerinə gəlib. Polis hadisə yerində 24 ədəd 5.45 mm-lik ov tüfəngini və ərazidə park edilmiş “Toyota Corolla” markalı avtomobili müəyyən edib. Atəş nəticəsində binaların şüşələri də zədə görüb.

Erebuni Polis İdarəsinin İstintaq Şöbəsində materiallar hazırlanır. Polis işin hallarını öyrənmək üçün zəruri istintaq tədbirləri görür.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*