İrəvanda müxalifətin mitinqi DAVAM EDİRbackend

İrəvanda müxalifətin mitinqi DAVAM EDİR

Ermənistan parlamenti binasının qarşısında müxalifətin mitinqi başlayıb.

KONKRET.az TASS-a istinadən xəbər verir ki, hazırda aksiyada 2 minədək adam iştirak edir. Hadisə yerinə xeyli sayda polis cəlb edilsə də, onların əksəriyyəti qoruma ləvazimatı ilə təchiz olunmayıb.

Bununla yanaşı, mitinq keçirilən əraziyə doğru hərəkət edən xeyli sayda keçmiş hərbçi də prezident sarayınadək yürümək niyyətindədir.

Ermənistanda Qarabağ məğlubiyyətindən sonra başlayan siyasi böhran fevralın 25-də baş qərargah rəisi və 40-dək hərbi rəhbərlik nümayəndəsinin baş nazir Nikol Paşinyandan istefa verməyi tələb etmələri ilə daha da kəskinləşib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*