İrəvanda qiymətlər: Bakı ilə özünüz müqayisə edin – SİYAHIbackend

İrəvanda qiymətlər: Bakı ilə özünüz müqayisə edin - SİYAHI

Azərbaycanda bahalaşmadan söz açılanda deyirlər ki, bütün dünyada qiymətlər od tutub yanır.

KONKRET.az olaraq Ermənistandakı qiymətləri araşdırdıq. Məqsəd Azərbaycan vətəndaşlarının bəzi tərəddüdlərini aradan qaldırmaq və ya haqlı iradlarını qabartmaqdır. Azərbaycandakı bahalaşma ən çox Bakıda hiss olunduğu üçün İrəvandakı qiymətləri təqdim edirik:

Otaq icarəsi

– Bir gecəlik 40 AZN

– Otel nömrəsinin sutkası 60 AZN

Restoranlarda qiymət

– Şəhərin bahalı yerində içkilərlə birgə səhər yeməyi 14 manat 50 qəpik

– McDonalds, Burger King-in tam menyusu 8 manat 90 qəpik

– İki nəfərlik hərəyə 2 cür xörək və desert 59 manat 10 qəpik

– Ucuz restoranda nahar 10 manat 90 qəpik

– Xəngəl qiymətləri 5-14 AZN civarında dəyişir

– Kapuçino 4.30 AZN

– Xarici pivə 3.63 AZN

– Kola-Pepsi 1.48 AZN

– Bir şüşə su 0.81 AZN

– Xaçapuri 10 AZN

– Pizza 14 AZN

– Sezar salatı 16 AZN

– Yunan salatı 12 AZN

Mağazalarda ərzaq qiymətləri

– 12 yumurta 3.42 AZN

– Toyuğun döş ətinin kilosu 12,64 AZN

– Südün litri 2.42 AZN

– Kartofun kilosu 1.21 AZN

– Pomidorun kilosu 3.23 AZN

– 1,5 litr su 1.05 AZN

– 1 kq çəkidə çörək 1 AZN

– Düyünün kilosu 3.50 AZN

Əyləncə qiymətləri

– Ara günlər boulinqin saatı 24, istirahət günləri 48 manatdır

– Kartinqlə iki dəfə dövr etmək 8 AZN

– Peyntbolda hər gülləyə görə 40 qəpik ödənir

– İrəvan tarix muzeyinin bileti 6 AZN

– Botanika bağına giriş 40 qəpik

Nəqliyyat

– İrəvanda benzinin litri 2.10 AZN

– İrəvandaxili səyahətdə ən uzun məsafəyə taksi xərci 5.92 AZN

– İrəvanda ictimai nəqliyyat 40 qəpikdir

Bəzi qiymətlərə baxanda adamın Bakıdakı tariflərə şükür etməyi gəlir. Ermənistan neft-qaz ölkəsi olmadığı üçün orada benzinin qiyməti 2 manat 10 qəpikdir. Yəqin ki, söhbət 92-dən gedir. Yoxsa Azərbaycanda da Aİ-95 2 AZN, Aİ-98 markalı benzin 2 manat 30 qəpiyə yüksəlib. Bəlkə də İrəvanda yanacağın qiyməti bahadır deyə, ermənilər avtobuslarda gediş haqqını Bakı sakinlərindən cəmi-cümlətanı 10 qəpik çox ödəyirlər (Bəzi mənbələrə görə Ermənistanda trolleybusda gediş haqqını manatla hesablayanda 17 qəpik, avtobus isə 33 qəpik alınır).

Ermənistanda minimum əmək haqqı Azərbaycandan 15 manat (285) aşağıdır. Bəzi erməni mənbələrində bu fərq 30-40 AZN də göstərilir.

Anar Rəhimov,

KONKRET.az

  • Mammad
    Noyabr 4, 2022 - 10:09

    Özüvüzü narmal ölkələrlə müqayisə edin. ermənin nəyi var. Onlar bizim qədər sərvətli ölkə deyil. Bizi ərəbistanla müqayisə edin baxaq hansımızın gəliri daha çoxdu hansımız daha yaxşı yaşayırıq

  • Zərbalı İsmayılov
    Noyabr 4, 2022 - 17:47

    Ermənilərin nefti-qazı, beləliklə Neft Fondu da yoxdur.

  • Şahin Xəlilbəyli
    Noyabr 4, 2022 - 17:55

    Ərzağ qiymətini Almaniya maaşı banqladeşlə müqaisə
    etmə Siper zəka göstəricisidir.Sərfəbazardır.İmkanı olan aldadır xalqı.

  • Mirza
    Noyabr 5, 2022 - 09:25

    Yollar açılsa gedib boilinq oynayardıq. Bu nə lazımsız məqalədi belə, hər şey düzəlmişdi bir İrəvandakı qiymətlər qalmışdı. Özümüzdə gündə qiymət artır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*