backend

İrəvanın mərkəzinə çoxlu sayda polis və texnikalar gətirildi

Bu gün səhər saatlarında İrəvanın mərkəzinə çoxlu sayda polis və texnikalar gətirilib.

KONKRET.az xəbər verir ki, eyni zamanda şəhərin mərkəzində tikanlı məftillər quraşdırılır.

“Polis avtobusları o qədər çoxdur ki, hətta tıxac var. İskov prospekti boyunca tikanlı məftillər gətirilib. Həmin prospektdə, Polis Akademiyasının qarşısındakı küçədə avtomatla silahlanmış polislər növbə çəkir. Əvvəllər belə hal olmayıb”, – erməni mətbuatı yazıb.

Qeyd edilib ki, bu gün 27 oktyabr 1999-cu ildə Ermənistan parlamentində baş vermiş terror aktında öldürülən baş nazir Vazgen Sarkisyanın doğum günüdür. Bəlkə də “hazırlıqlar” bu tarixlə əlaqədardır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*