backend

İrəvanın ticarət mərkəzində yanğın – Xəsarət alanlar var

Ermənistanın paytaxtı İrəvanda Sebastia küçəsindəki “Malatiya Mall” ticarət mərkəzində yanğın baş verib. Konkret.az erməni mediasına istinadla xəbər verir ki, bu gün yerli vaxtla saat 15:47-də Ermənistan Fövqəladə Hallar Nazirliyinin 911 xidmətinə Sebastia küçəsindəki “Malatiya Mall”da 2 dərəcəli yanğın davam edir. Xilasetmə Xidmətinin Yanğın və Xilasetmə dəstəsinin 6 döyüş qrupu, 2 eskalator, xüsusi əməliyyatlar üçün xilasetmə qrupu və Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Milli Mərkəzinin əməkdaşları və psixoloji xidmətin təlimçiləri hadisə yerində olublar.

Saat 16: 35-də yanğın 3-ci dərəcəyə çatıb. Hadisə yerinə daha dörd yanğınsöndürmə briqadası gəlib. Yanğın nəticəsində həyatını itirənlərin olması ehtimal edilir.

Konkret.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*