“İŞ BAŞINDA” YAXALANDI – QUBADAbackend

“İŞ BAŞINDA” YAXALANDI - QUBADA

Quba Regional Mühafizə Şöbəsinin əməkdaşlarının apardıqları ayıq xidmət nəticəsində rayon ərazisində oğurluq hadisəsinin qarşısı alınıb. DİN Mətbuat Xidmətinin Quba rayonunda regional qrupundan KONKRET.az-a verilən məlumata görə, noyabrın 17-də saat 1 radələrində Quba rayonu ərazisində yerləşən və xüsusi vasitələrlə qorunan marketlərin birindən oğurluq edilməsi ilə əlaqədar Quba Regional Mühafizə Şöbəsinə həyəcan siqnalı daxil olub.

Həyəcan siqnalı ilə polis əməkdaşları dərhal hadisə yerinə gələrək marketdən oğurluq etməyə cəhd göstərmiş rayon sakini, əvvəllər məhkum olunmuş 47 yaşlı E.Məmmədovu saxlayaraq, RPŞ-yə təhvil veriblər.

Faktla bağlı araşdırma aparılır.

Cəlal Fərzəliyev

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*