“İşğaldan azad olunan ərazilər var, adları açıqlanacaq” – Deputatdan MÜHÜM AÇIQLAMAbackend

“İşğaldan azad olunan ərazilər var, adları açıqlanacaq” - Deputatdan MÜHÜM AÇIQLAMA

Zahid Oruc

“Ordumuzun, millətimizin, dövlətimizin qalibiyyətinə kimsə mane ola bilməz”.

KONKRET.az xəbər verir ki, bu sözləri millət vəkili Zahid Oruc deyib.

O bildirib ki, Azərbaycan Ordusu böyük qalibiyyətə imza atıb:

“Hansısa maddə ilə bizim qələbəmizə kölgə salmaq olmaz. Hələ işğaldan azad olunan, lakin açıqlanmayan ərazilər var. Həmin ərazilər də yaxın zamanda açıqlanacaq. Biz qələbə qazanmışıq. Buna kimsə mane ola, insanları ruhdan sala bilməz. Biz bu gün birik, birlikdəyik”.

Millət vəkili Ermənistanda daxili vəziyyətin qarışdığını bildirib:

“İnsanlar küçəyə çıxır, hökumət evinin qarşısına toplaşıb istefa şüarları səsləndirir. Onlar Paşinyanın istefasını tələb edir. İnsanlar tökülən qanların hesabını istəyirlər. Bu, əlbəttə gözlənilən idi. Ümid edirəm ki, bu zərbədən sonra Ermənistan əhalisi, rəhbərliyi işğalçı, nadan siyasətindən əl çəkəcəklər. Onlar artıq başa düşməlidir ki, bizimlə sülh içində yaşamaqdan başqa çarələri yoxdur”.yenisabah.az

  • Namiq
    Noyabr 10, 2020 - 19:49

    Xankəndi, Xocavənd, Xocalı və Ağdərənin aqibəti barədə heç nə deyilmir. Erməni ordusu bu rayonlardan da çıxırmı ???

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*