İsrail Dəməşqə zərbələr endirdibackend

İsrail Dəməşqə zərbələr endirdi

İsrail Hərbi Hava Qüvvələrinin qırıcıları Dəməşqin cənub-qərbində keçmiş Suriya ordusuna məxsus silah anbarlarına raket zərbələri endirib.

KONKRET.az “Al Hadath” telekanalına istinadən xəbər verir ki, Əl-Kisvanın kənarında güclü partlayış səsləri eşidilib.

Tələfat və maddi zərər barədə hələlik məlumat yoxdur.

Xatırladaq ki, yanvarın 4-də Latakiya yaxınlığındakı hərbi obyektlər İsrailin bombardmanlarına məruz qalıb. Yanvarın 3-də isə Hələb yaxınlığındakı Safira bölgəsindəki müdafiə müəssisələri və sursat anbarlarına, eləcə də Əs-Suveyda əyalətindəki Xalxal hərbi aerodromuna havadan reydlər həyata keçirilib.

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*