Səhər saat 4:00-da İsrail Dəməşqin cənubundakı hədəflərə raket zərbəsi endirib.
KONKRET.az Reuters agentliyinə istinadən xəbər verir ki, bu barədə informasiyanı Suriya mətbuatı yayıb.
Mənbə yazır ki, nəticədə bir yerli sakin yaralanıb və ona maddi ziyan dəyib.
Qeyd edilir ki, Suriyanın hava hücumundan müdafiə qüvvələri raketlərin əksəriyyətini vurub.
Roman Göytürk,
KONKRET.az
