İsrail İranın nüvə obyektlərinə hücum planlarını yeniləyib – İLGİNC AÇIQLAMAbackend

İsrail İranın nüvə obyektlərinə hücum planlarını yeniləyib - İLGİNC AÇIQLAMA

İranın nüvə proqramından narahatlıq keşirən İsrailin Dimonda öz nüvə mərkəzi var və o, İranın nüvə infrastrukturu obyektlərini hədəfə alıb. İsrailin müdafiə naziri Beni Qantsın kütləvi informasiya vasitələrinə bu dəqiqələrdə verdiyi məlumata görə, onun ölkəsi “atom proqramı ilə bağlı İran obyektlərinə hücum planlarını aktuallaşdırır”.

KONKRET.az xəbər verir ki, Amerikanın Fox News televiziya kanalına verdiyi müsahibəsində o, İsrail ordusunun İran İslam Respublikasının strateji nüvə obyektlərinə zərbə vurmaq planlarını yenilədiyini etiraf edib.

“Əgər dünya əvvəl dayandırsa, yaxşı olar. Amma biz özümüzü müdafiə etməliyik”, – deyə B. Qants bildirib.

Məlum olduğu kimi, ABŞ Prezidenti Co Bayden hazırda, Trampın 2018-ci ildə birtərəfli şəkildə çıxdığı İranla nüvə razılaşmasına qayıtmaq məqsədilə iranlılarla danışıqların bərpası üzərində işləyir. Lakin İsrail hadisələrin bu cür dəyişməsinə və mövcud formatdakı razılaşmaya qarşı çıxır.

Fox News ilə söhbət əsnasında İsrailin müdafiə naziri hansısa qovluğu göstərərək “Hizbullah”ın “yüz minlərlə raketi” olduğunu söyləyib və ritorik olaraq soruşub:

– Livanda nə baş verir? – sonra da dərhal əlavə edib: “Biz döyüşə hazırıq”.

Gizli qovluğa gəlincə, nazir deyib ki, oradakı “Hizbullah”la ehtimal olunan yeni qarşıdurma halı üçün istifadə olunacaq “hədəf xəritəsi”dir.

İndi çox şey Vaşinqtonun Tehranla razılaşma şərtlərinin tapmacasını həll edib-etməyəcəyindən asılı olacaq.

Loading...

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*