İranın Ali dini lideri Ayətullah Əli Xamenei bu gün Tehranda keçirilən cümə namazından sonra çıxış edib.
KONKRET.az xəbər verir ki, dini lider Yaxın Şərqdəki gərginlik fonunda İsraili hədələyib:
O qeyd edib ki, Təl-əviv istəyinə nail olmayacaq:
“Silahlı qüvvələrimizin İsrailə raket zərbələri onların bölgədə etdiklərinə ən yüngül cəza idi. İsrailə edilən hücumlar qanuni və legitimdir. Biz bu tapşırığı yerinə yetirərkən nə ləngiyirik, nə də tələsik addım atırıq. İsrailin məhvinə az qalıb”.
Məlik,
KONKRET.az