İsrail səfirliyi qarşısında özünü yandıran ABŞ hərbçisi öldübackend

İsrail səfirliyi qarşısında özünü yandıran ABŞ hərbçisi öldü

Bazar günü özünü İsrailin Vaşinqtondakı səfirliyi qarşısında yandıran ABŞ Hərbi Hava Qüvvələrinin əsgəri Aaron Buşnell dünyasını dəyişib.

KONKRET.az ABŞ mediasına istinadən xəbər verir ki, polis əməkdaşları alovu söndürdükdən sonra yaralını yerli xəstəxanaya çatdırıblar. Lakin yaralının həyatını xilas etmək mümkün olmayıb.

Hadisə zamanı 25 yaşlı hərbçi artıq soyqırımda iştirak etmək istəmədiyini deyərək Qəzzadakı müharibəyə etiraz edib. Üzərinə benzin tökməzdən öncə isə dəfələrlə “Fələstini azad edin!” şüarını qışqırıb.

Hərbi Hava Qüvvələri bazar ertəsi onun şəxsiyyətini təsdiqləyib və ailəsinə başsağlığı verib. Məlum olub ki, kibermüdafiə əməliyyatları üzrə mütəxəssis olan Buşnell 531-ci Kəşfiyyata Dəstək Eskadrilyasında xidmət edib və 2020-ci ilin may ayından aktiv vəzifədə olub.

Xatirə SADİQ,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*