İstanbul-Bakı reysi ilə kimlər gələ bilər? – AZAL AÇIQLADI – SİYAHIbackend

İstanbul-Bakı reysi ilə kimlər gələ bilər? - AZAL AÇIQLADI - SİYAHI

AZAL İstanbul-Bakı reysi ilə bağlı daha bir məlumat yayıb.

KONKRET.az-a daxil olan məlumatda bildirilir ki, sözügedən reysə Azərbaycan vətəndaşları ilə yanaşı aşağıdakı şəxslər buraxılır:⠀

– Azərbaycan Respublikasında akkreditə olan xarici diplomatik nümayəndəlik və konsulluqların rəhbərləri, əməkdaşları və onların ailə üzvləri;

– Valideynlərdən biri, həyat yoldaşı və ya azyaşlı övladı Azərbaycan Respublikası vətəndaşı olan əcnəbilər;

– Azərbaycan Respublikasında işləmək icazəsi olan əcnəbilər;

– Azərbaycan Respublikasında müvəqqəti və ya daimi yaşamaq icazəsi olan əcnəbilər;

– Azərbaycan Respublikasının ali təhsil müəssisələrində təhsil alan əcnəbi tələbələr.

Həmçinin, xatırladırıq ki, Bakı-İstanbul reysinə biletləri Azərbaycan, Türkiyə və digər dövlətlərin vətəndaşları olan, həmin ölkələrə daxil olmaq hüququna malik olan şəxslər əldə edə bilər.

  • Elşən
    İyul 3, 2020 - 03:13

    Salam mən mosqvadayam azərbaycan vətandaşıyam necə gedim bakıya

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*