İstanbula gedən təyyarədə DAVA: Kişi qadının saçını yoldu – ANBAAN VİDEObackend

İstanbula gedən təyyarədə DAVA: Kişi qadının saçını yoldu - ANBAAN VİDEO

Tunisin paytaxtından Türkiyənin İstanbul şəhərinə yollanan təyyarədə bilinməyən səbəbdən dava çıxıb. Nəticədə təyyarə beş saat gecikməli olub.

KONKRET.az bu barədə Hürriyet-ə istinadən xəbər verir.

Məlumata görə, dava əvvəlcə qadınlar arasında başlayıb. Lakin sonra kişilərdən biri qadının saçını yolub, bundan sonra münaqişə şiddətlənib. Heyət üzvləri onları ayırmağa çalışsa da, buna nail ola bilməyiblər. Nəhayət göyərtəyə polislər cəlb olunduqdan sonra tərəfləri sakitləşdirmək mümkün olub.

“Daily Mail” davanın səbəbi kimi sərnişinlərin başları üzərindəki baqaj yeri üstündə mübahisəni göstərib.

Hadisə ilə bağlı yoxlamalara başlanılıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*