İstanbulda terror törədən şəxs BELƏ TUTULDU!  – Əməliyyat görüntüləri – FOTO/VİDEObackend

İstanbulda terror törədən şəxs BELƏ TUTULDU! - Əməliyyat görüntüləri - FOTO/VİDEO

İstiqlal küçəsində hücumu törədən şəxsin tutulma əməliyyatının görüntüləri ortaya çıxıb.

KONKRET.az xəbər verir ki, İstanbul Taksim İstiqlal küçəsində baş verən bombalı hücumu törədənin tutulma əməliyyatının görüntüləri yayılıb.

İstanbulda 6 nəfərin öldüyü, 81 nəfərin yaralandığı terror aktı ilə bağlı genişmiqyaslı araşdırmaya başlayan polis gecə saatlarında silsilə əməliyyat keçirib.

Terrorla Mübarizə Şöbəsi qrupları hücumun təşkilatçısı olduğu təsbit edilən qadını yaxalayıb. Şübhəlinin nəzarətə alındığı an görüntülər ortaya çıxıb.

Həmin kadrları təqdim edirik:

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*