İsveçli nazir terrorçulara qucaq açdı: ” Mən sizin arxanızdayam”backend

İsveçli nazir terrorçulara qucaq açdı: "Mən sizin arxanızdayam"

İsveç Xarici İşlər Naziri Ann Linde terror təşkilatı PKK/YPG-nin Suriyadakı davamçısı olan SDG başçısı İlham Əhməd ilə bir araya gəlib.

KONKRET.az xarici medaiaya istinadən xəbər verir ki, əvvəlcə Linde terrorçu ilə ofisində görüşüb, daha sonra isə terror təşkilatının gecəsinə qatılıb. Nazir gecədə çıxışında “kürdlərin dağlardan başqa dostu yoxdur deyimi doğru deyil. Mən sizin dağınızam”, – deyib.

Türkiyənin əməliyyatları durdurması üçün əlindən gələni edəcəklərini bildirən Xarici İşlər Naziri mövzunu Avropa Birliyində müzakirə edəcəklərini dilə gətirib: “Avropa Birliyi ilə Birlikdə Türkiyənin əməliyyatları durdurması üçün səy göstərəcəyik”.

Qeyd edə ki, İsveç Xarici İşlər Naziri Ann Linde Twitter hesabında da terror təşkilatı üçün pul yığdıqlarını yazıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*