İsveçrədən Rusiyanı qıcıqlandıran ADDIM: Nümayəndə heyətinə viza verilmədibackend

İsveçrədən Rusiyanı qıcıqlandıran ADDIM: Nümayəndə heyətinə viza verilmədi

İsveçrə BMT tədbirlərinə qatılmaq istəyən rusiyalı nümayəndələrə viza verməkdən imtina edib.

KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, İsveçrə BMT-nin Cenevrədə keçirilən tədbirlərində iştirak etmək istəyən rusiyalı nümayəndələrə viza vermir. Bu barədə Rusiyanın beynəlxalq təşkilatdakı nümayəndəsi İrina Tyajlova məlumat verib.

“OEWG-nin (Open Ended Working Group) səmərəli fəaliyyətinin təmin edilməsi baxımından dövlətlərin danışıqlar prosesində tam iştirakı mühüm əhəmiyyət kəsb edir. Biz təkcə ABŞ-ın deyil, İsveçrənin də ev sahibliyi etmək öhdəliklərini yerinə yetirməməsinə diqqət çəkirik” – rusiya rəsmisi vurğulayıb.

Diplomat bu praktikanı “qəti şəkildə qəbuledilməz ayrı-seçkilik” adlandırıb. Çünki dövlətlərin nümayəndələri süni şəkildə yaradılan viza maneələri bəhanəsi ilə BMT-nin himayəsi altında keçirilən tədbirlərdən kənarlaşdırılır.

Qeyd edək ki, iyulun 25-də BMT-nin Nyu-Yorkdakı mənzil-qərargahında Kibertəhlükəsizlik üzrə OEWG-nin sessiyası işə başlayıb. Rusiya Qərb İT şirkətlərinin akkreditasiyasını blokladıqdan sonra ABŞ Rusiyanın adıçəkilən təşkilatdakı nümayəndə heyətinin rəhbərinə viza verməkdən imtina edib.

Müşviq Tofiqoğlu,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*