İtaliyadan Azərbaycan Prezidentinə dəstək məktubu gəldibackend

İtaliyadan Azərbaycan Prezidentinə dəstək məktubu gəldi

KONKRET.az xəbər verir ki, Napoli-Bakı Assosiasiyasının sədri Cuzeppe Kanilia Prezident İlham Əliyevə məktub göndərib. Məktubda deyilir:

“Hörmətli cənab Prezident.

Ölkəniz üçün ciddi, eyni zamanda, qürurlu məqamda “Napoli-Bakı” Assosiasiyasının Azərbaycanın və xalqınızın yanında olduğunu ifadə edirik.

Münaqişənin tez bir zamanda həll olunması üçün Azərbaycanın beynəlxalq hüquqa əsaslanan haqq davasında İtaliyanın və napolilərin Sizi tam dəstəklədiyini bildiririk.

Bir daha Napoli-Bakı Asossiasiyası və Azərbaycanın bütün italyan dostlarının lazım ola biləcək istənilən dəstəyə hazır olduqlarını bildirirəm.

Azərbaycanın yanındayıq.

Hörmətlə,

Cuzeppe Kanilia,

Napoli-Bakı Assosiasiyasının sədri

İtaliya Respublikası, Napoli şəhəri.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*