İzmir zəlzələsində ölənlərin sayı artdı – YENİLƏNİBbackend

İzmir zəlzələsində ölənlərin sayı artdı - YENİLƏNİB

İzmirdəki zəlzələ nəticəsində həyatını itirənlərin sayı 51 nəfərə çatıb.

KONKRET.az-ın xəbərinə görə, bu barədə Türkiyə Prezidentinin köməkçisi Fuad Oktay məlumat verib.

F.Oktay bildirib ki, yaralı sayı 896 nəfərdir və onlardan 8-i intensiv terapiya şəraitində müalicə alır.

***

08:40

Türkiyənin İzmir şəhərində 6,6 ballıq zəlzələ nəticəsində ölənlərin sayı artıb.

KONKRET.az xəbər verir ki, bu barədə ölkənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.

Bildirilib ki, təbii fəlakət nəticəsində həlak olanların sayı 44 nəfərə yüksəlib.

Zəlzələ zamanı həmçinin 896 nəfər xəsarət alıb, onlardan 667-si artıq evə buraxılıb. Hazırda 9 binanın dağıntıları altında axtarışlar aparılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*