Türkiyə Prezidentinin köməkçisi Fuad Oqtay İzmirdə zəlzələ bölgəsinə baş çəkib.
KONKRET.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, jurnalistlərə açıqlama verən hökumət rəsmisi ciddi ziyan görmüş 26 binanın təcili söküləcəyini bildirib:
“Bölgədə ümumilikdə 831 yeraltı təkan baş verib. 26 ciddi zədələnmiş bina təcili olaraq söküləcək. Bundan əlavə 21 min nəfər üçün 3 min 880 çadır qurulacaq. 1 500-ə yaxın çadır artıq qurulub. Bütün qurum və təşkilatlar vətəndaşlarımızın yanındadır”.
Qeyd edək ki, zəlzələ nəticəsində 51 nəfər həlak olub, 896 nəfər xəsarət alıb.
