Rusiya Liberal Demokrat Partiyasının sədri Vladimir Jirinovski bütün vəzifələrindən 1 may 2036-cı ildə gedəcəyini elan edib.
KONKRET.az xəbər verir ki, Jirinovski bununla bağlı ərizə də yazdığını deyib.
O, 90 yaşında bir az kənara çəkiləcəyini, əvvəl rəis olduğu halda o zaman rəis müavini olacağını söyləyib.
Jirinovski partiyasının hər qurultayında özünün təqaüdə çıxması məsələsini gündəmə gətirdiyini, amma onu buraxmadıqlarını da bildirib.
