“Jurnalist Elnur Əşrəfoğlu dünyasını dəyişməyib” – YENİLƏNİBbackend

“Jurnalist Elnur Əşrəfoğlu dünyasını dəyişməyib” - YENİLƏNİB

Jurnalist Elnur Əşrəfoğlu dünyasını dəyişməyib.

KONKRET.az xəbər verir ki, bu barədə jurnalistin yaxın qohumu, AY Partiya Başqanı Anar Əsədli özünün Facebook hesabında məlumat verib: “Elnur Əşrəfoğlu sağdır. “Yeni Klinika”dayıq. Qardaşı Rəşad bu dəqiqə yanından çıxıb. Problemlər var, amma ölüm xəbəri doğru deyil. Lütfən, yanlış xəbər yaymayın, ailə üzvlərini və övladlarını nəzərə alın”.

Bildirilib ki, onun vəziyyəti hazırda ağır kritikdir

18:54

Tanınmış jurnalist Elnur Əşrəfoğlu koronavirusdan vəfat edib.

KONKRET.az xəbər verir ki, bu barədə onun yaxınları məlumat veriblər.

O, müalicə aldığı “Yeni Klinika”da dünyasını dəyişib.

Qeyd edək ki, E.Əşrəfoğlu sentyabrın əvvəllərində koronavirusa yoluxub. Əvvəlcə ev şəraitində müalicə alan jurnalist daha sonra “Yeni Klinika”ya köçürülüb. Jurnalist oktyabrın 11-də ECMO cihazından ayrılıb.

Allah rəhmət eləsin!

***

18:36
Koronavirusa yoluxan tanınmış Elnur Əşrəfoğlunu ECMO cihazından ayrılıb.

Bu barədə KONKRET.az-a Yeni Klinikadan məlumat verilib.

Verilən xəbərə görə, Elnur Əşrəfoğlu ECMO cihazından ayrılsa da, onun ağciyərləri funksional deyil.

Vəziyyəti hazırda kritik ağırdır.

***

12:43
Koronavirusa yoluxan tanınmış jurnalist Elnur Əşrəfoğlunu ECMO cihazından ayırırlar. 

KONKRET.az xəbər verir ki, bu barədə oxu.az-a Elnur Əşrəfoğlunun həyat yoldaşı məlumat verib.

O bildirib ki, qanaxmalar çoxaldığı üçün onu ECMO cihazında saxlamaq mümkün olmur:
“Həkimlər indi əlaqə saxladılar. Dedilər ki, qanaxması dayanmır, bir yandan qan köçürülür, digər yandan isə ECMO cihazında olduğu üçün qanaxmalar çoxalır. Həkimlər vəziyyətini qiymətləndirib və qərar qəbul edilib ki, bu gün ECMO cihazından ayrılsın. Yəqin ki, bu dəqiqələrdə cihazdan artıq ayırırlar. Sadəcə olaraq hər kəsin dua etməsini istəyirəm. Allah kömək olsun bizə!”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*