Jurnalist Əvəz Qurbanlı süni tənəffüs aparatına BAĞLANDIbackend

Jurnalist Əvəz Qurbanlı süni tənəffüs aparatına BAĞLANDI

Koronavirusa yoluxan tanınmış şair, jurnalist Əvəz Qurbanlı süni tənəffüs aparatına bağlanıb.

KONKRET.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin Zığda yerləşən modul tipli xəstəxanasından məlumat verilib.

Məlumatda bildirilir ki, hazırda Ə.Qurbanlının arterial təzyiqi 132/64, nəbzi 69, saturasiyası 95-dir, hərarəti 36-dır. Şairin vəziyyəti orta ağırdır.

Qeyd edək ki, Əvəz Qurbanlı dekabrın 1-də koronavirusun ağırlaşması diaqnozu ilə Fövqəladə Hallar Nazirliyinin Zığda yerləşən modul tipli xəstəxanasına yerləşdirilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*