Çeçenistan rəhbəri Ramzan Kadırov Moskvada Rusiya prezidenti Vladimir Putinlə görüşüb.
KONKRET.az xəbər verir ki, bu barədə o, Telegram kanalında yazıb.
Kadırovun sözlərinə görə, o, Putinə Çeçenistanın inkişafı ilə bağlı, eləcə də investisiya layihələri haqqında məruzə edib.
“Vladimir Vladimiroviç həmişə olduğu kimi bir sualı da diqqətsiz qoymadı. Hər belə görüş prezidentimizin Çeçenistandakı proseslərə maraq göstərməsi ilə yadda qalır, balanslaşdırılmış və düşünülmüş qərarların qəbulu ilə başa çatır”, – deyə o yazıb.
Ariz Həsənoğlu,
KONKRET.az
