Kadırov Zelenskiyə “qan davası” elan etməyi TƏKLİF ETDİ – VİDEObackend

Kadırov Zelenskiyə "qan davası" elan etməyi TƏKLİF ETDİ - VİDEO

Kadırov Zelenskiyə “qan davası” elan etməyi təklif edib.

KONKRET.az xəbər verir ki, o, bu barədə telegram kanalda bildirib.

Çeçenistan rəhbəri Ramzan Kadırov hesab edir ki, Ukrayna Prezidenti Volodimir Zelenski qan davası elan etməlidir.

“Zelenskiyə qan davası elan edilə bilər. Lakin onun hərəkətlərini və bəyanatlarını təhlil edəndə yalnız onu deyə bilərik ki, o, Qərbin girovudur və başqalarının əmrlərini yerinə yetirməyə məcburdur”, – deyə Çeçenistan rəhbəri bildirib.

Kadırovun fikrincə, qan davası “orta əsrlərin qalığı” deyil, “təcavüz və ehtiyatsızlığın qarşısını almaq üçün yeganə və ən təsirli vasitədir”. Və bu, qəsdən adam öldürmə ehtimalını ləğv etməyə imkan verir.

Kadırov Zelenskinin danışıqlara niyə razılaşmadığını özünəməxsus şərh edib.

O, mühacirətdə olan həmvətənlərini “şeytan” adlandırıb.

Ətraflı videoda:

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*