Çeçenistan lideri Ramzan Kadırov Rusiya Prezidenti Vladimir Putinin Avropa ilə mümkün müharibə barədə dediklərinə münasibət bildirib.
KONKRET.az-ın globalinfo.az-a istinadən xəbərinə görə, respublika başçısı fikirlərini Teleqram kanalında paylaşaraq Putinin Avropaya qarşı hərbi əməliyyatların müzakirə olunduğu videonu yayımlayıb.
Kadırov videonun altına yazıb ki, əgər belə bir qarşıdurma başlasa, proses çox tez yekunlaşacaq və bunun Rusiyaya qarşı çıxan tərəflərin xeyrinə olmayacağını qeyd edib.
O, Putinə müraciətlə belə sual ünvanlayıb:
“Mənim bir sualım var, Vladimir Vladimiroviç: əgər bütün bunlar başlasa, sonra dərhal könüllü şəkildə üzr istəsələr, inciməzsiniz, elə deyilmi?”
Dekabrın 2-də Vladimir Putin bəyan etmişdi ki, Avropa Rusiya ilə müharibəyə başlasa, bu qarşıdurma çox qısa müddətdə bitər. Onun sözlərinə görə, Rusiya belə bir halda Ukrayna münaqişəsindən fərqli davranacaq.
