Kadırovun yaxın dostu Ruslan Geremeyev Ukraynada ağır yaralandı – VİDEObackend

Kadırovun yaxın dostu Ruslan Geremeyev Ukraynada ağır yaralandı - VİDEO

Ramzan Kadırovun yaxın dostu Ruslan Geremeyev Ukraynada ağır yaralanıb.

KONKRET.az xəbər verir ki, bu barədə Kadırov Telegramda yazıb. Çeçenistan rəhbəri müxalifət lideri Boris Nemtsovun qətli ilə bağlı axtarışda olan “Sever” batalyonunun keçmiş komandir müavini Ruslan Geremeyevin Ukraynada yaralandığını açıqlayıb.

“Bu yaxınlarda mən Ruslan Geremeyevin rəhbərlik etdiyi bölməmizin Mariupolun inzibati binasını geri alması və orada Çeçenistan Respublikasının bayrağını qaldırması ilə bağlı bir video yayımladım. Təəssüf ki, şəhər uğrunda sonrakı döyüşlər zamanı Ruslan Geremeyev yaralandı və xəstəxanaya yerləşdirildi”, -deyə Kadırov yazıb.

Onun sözlərinə görə, Geremeyevin həyatına heç nə təhlükə yoxdur, o, sağalır.

Qeyd edək ki, 2019-cu ildə Ruslan Geremeyev ABŞ Maliyyə Nazirliyi tərəfindən sanksiyaya məruz qalıb.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*