Kanadada oğurluq avtomobilləri Azərbaycana göndərmək istəyən qrup həbs edildibackend

Kanadada oğurluq avtomobilləri Azərbaycana göndərmək istəyən qrup həbs edildi

Kanadada oğurluq avtomobilləri Azərbaycan və Gürcüstana göndərmək istəyən qruplaşma üzvləri həbs edilib

KONKRET.az xəbər verir ki, “Report”un Kanada mətbuatına istinadən xəbərinə görə, bu barədə yerli polis bildirib.

Məlumata görə, Ontarionun Toronto şəhərində avtomobil oğurluğu ilə bağlı bir ay davam edən təhqiqatdan sonra 11 nəfərin 100-ə yaxın cinayətdə ittiham olunduğunu bildirib.

York Regional Polisi, son iki ay ərzində bir çox şəhərlərdə silsilə axtarışlardan sonra oğurlanmış 52 avtomobili tapdığını bildirib.

Müstəntiqlər bildiriblər ki, cinayətkar qrup yüksək səviyyəli avtomobilləri hədəf seçərək, nəqliyyat vasitəlırini Azərbaycan və Gürcüstan kimi uzaq ölkələrə göndərməyi planlaşdırıb.

Şübhəli şəxlərə avtonəqliyyat vasitələrinin oğurlanması, cinayət yolu ilə əldə edilmiş əmlakın ticarəti də daxil olmaqla, ümumilikdə 96 ittiham irəli sürülüb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*