Kanadada xalqımızla həmrəylik aksiyası keçirilibbackend

Kanadada xalqımızla həmrəylik aksiyası keçirildi

Kanadanın Toronto şəhərində Azərbaycan Qadınlarına Dəstək Mərkəzinin təşkilatçılığı ilə “Hamımız Azərbaycanın yanındayıq!” şüarı ilə həmrəylik aksiyası keçirilib.

Diasporla İş üzrə Dövlət Komitəsindən KONKRET.az-a verilən məlumata görə, Ontario əyalətində, parlament binasının qarşısında Torontoda yaşayan azərbaycanlı qadınlarının iştirakı ilə təşkil olunan həmrəylik aksiyasında təcavüzkar Ermənistanın 30 ilə yaxındır Azərbaycan torpaqlarını işğal altında saxlaması, o cümlədən erməni ordusunun dinc əhalini, məsum uşaqları qəsdən hədəfə alaraq qətlə yetirməsi kəskin pislənilib. Aksiya iştirakçıları əllərində “Qarabağ Azərbaycandır!”, “Erməni təcavüzünə son!”, “Gəncə üçün dua et!”, “Erməni terroruna son!”, “Bərdə şəhəri münaqişə zonasından kənardadır!” kimi şüarlar yazılmış plakatlar daşıyıblar. Gəncə və Bərdə terrorunun qurbanlarının fotolarının önünə güllər düzülüb, şamlar yandırılıb.

Sonda Ontariodakı azərbaycanlı analar adından bəyanat, eləcə də parlament üzvlərinə indiyədək ünvanlanmış məktublar Ontario Əyalətinin Parlamentinin üzvü Ted Arnota təqdim edilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*