Kann Film Festivalı zamanı bölgədə nümayişlər qadağan olundubackend

Kann Film Festivalı zamanı bölgədə nümayişlər qadağan olundu

Fransada 76-cı Kann Film Festivalının keçiriləcəyi bölgədə nümayişlərin keçirilməsinə qadağa qoyulub.

KONKRET.az xarici KİV-ə istinadən xəbər verir ki, qərarda mayın 16-dan mayın 28-dək saat 06:00-dək festival ərazisində nümayiş təşkil etməyin qadağan olunduğu bildirilib.

Qeyd edək ki, dünya şöhrətli festival mayın 16-dan 27-dək Alpes-Maritimes əyalətinin Kann şəhərində keçiriləcək.

Alpes-Maritimes valiliyi tərəfindən dərc edilən qərarda Kann şəhərinin festival zamanı 120 min insanı qəbul edəcəyi bildirilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*