Karen Koçaryan: “Ölkədə silsilə cinayətlər davam edir”backend

Karen Koçaryan: “Ölkədə silsilə cinayətlər davam edir”

Siyasi sanalitik Karen Koçaryan son vaxtlar Ermənistanda böyük populyarlıq qazanan bir cinayət barədə məlumat verib.

KONKRET.az erməni mediasına istinadən xəbər verir ki, politoloqa görə, son aylar ölkədə oğurluq və qətl halları getdikcə artır.

“Cinayətlər bir-birini əvəz edir. Bu gecə həyətimizdən birdən-birə üç maşın oğurlanıb. Əlbəttə ki, bütün bir ölkənin polisi yalnız bir “qarın”ın (Nikol Paşinyanı nəzərdə tutur – red) mühafizəsi ilə məşğul olursa, belə də olmalıdır.

P.S. Ermənistanda “qızıl” avtomobil və telefon nömrələri, eləcə də digər mallara görə əlavə pul ödəməyə hazır olan insanları başa düşmürəm və heç vaxt anlamayacağam. Güman ki, bu, yaşlı bir adam olduğundan irəli gəlir”.

Rəsmiyyə Şərifova,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*