Qax rayonunda dərmandan zəhərlənmə faktı qeydə alınıb.
KONKRET.az-ın məlumatına görə, bu gün Qax rayonunun Qum kənd sakini, 44 yaşlı Fərid Həşimov dərman zəhərlənməsi diaqnozu ilə Qax Rayon Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsinə daxil olub.
Fərid Həşimovun vəziyyətinin orta-ağır olduğu bildirilir.
Qeyd edək ki, Fərid Həşimov uzun müddət Qum kənd bələdiyyəsinin sədri vəzifəsində çalışıb.
Faktla bağlı araşdırma aparılır.
