Kəlbəcərdə baş verən insidentin detalları AÇIQLANDI: Meyit tapılmadı…backend

Kəlbəcərdə baş verən insidentin detalları AÇIQLANDI: Meyit tapılmadı...

Kəlbəcər rayonu Comərt kəndində ağır yol-nəqliyyat hadisəsi nəticəsində öldüyü deyilən sürücünün meyiti tapılmayıb.

Daxili İşlər Nazirliyinin Gəncə Regional qrupundan KONKRET.az-a verilən məlumatına görə, nəqliyyat vasitəsinin sürücüsü R.Şahbazovun meytini sel sularının apardığı ehtimal edilir.

Onun axtarışlarına başlanılıb.

Qeyd edək ki, bu gecə rayonun Comərt kəndində “HOVO” markalı yük avtomobilinin idarəetmədən çıxaraq çaya aşması nəticəsində Göyçay rayon sakini, 1998-ci il təvəllüdlü Bəhram Sadıqov və Şirvan rayon sakini, 1981-ci il təvəllüdlü Rahim Şahbazov həlak olublar.
Onlar Kəlbəcərdə aparılan yenidənqurma işlərində çalışırmışlar.

Faktla bağlı araşdırma aparılır. (Report)

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*