Kəlbəcərdə qəzada yaralanan şəxs Bakıda öldübackend

Kəlbəcərdə qəzada yaralanan şəxs Bakıda öldü

Martın 13-ü Kəlbəcər rayonunda qəzada yaralanan şəxs Bakıda xəstəxanada vəfat edib.

KONKRET.az xəbər verir ki, 1984-cü il təvəllüdlü Əhmədov Lətif Suriddin oğlu idarə etdiyi “HOVO” markalı yük avtomobili ilə Kəlbəcər rayonu, Yanşaq kəndi ərazisində hərəkətdə olarkən idarə etməni itirməsi nəticəsində yoldan çıxaraq müxtəlif dərəcəli bədən xəsarətləri almışdı.

O, ötən gün müalicə aldığı Bakı şəhərində yerləşən 1 nömrəli Şəhər Klinik Xəstəxanasında dünyasını dəyişib.

Hazırda faktla bağlı Kəlbəcər RPŞ-nin İstintaq qrupunda araşdırma aparılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*