Kibercinayətkarlar Putinə yazdı: “Biz sənin yatdığın yerdəyik”backend

Kibercinayətkarlar Putinə yazdı: “Biz sənin yatdığın yerdəyik”

“Anonymous” haker qrupu Rusiya Mərkəzi Bankının saytını sındırıb. Onlar bu barədə öz Tvitter hesablarında məlumat veriblər.

KONKRET.az xəbər verir ki, hakerlər Rusiya Federasiyası Mərkəzi Bankından 28 GB məlumat götürə biliblər.

“Biz bu sənədləri internetin müxtəlif nöqtələrinə göndərdik. Sənədlər senzuradan keçərsə, biz onları digər linklər vasitəsilə paylaşacağıq”, – deyə mesajda bildirilir.

Anonymous Putinə video müraciət də edib:

“İndi biz Rusiya Mərkəzi Bankının minlərlə sənədini, hər cür əməliyyatları, fərmanlarını, hesabatlarını dərc edirik. İnsanlar Rusiya iqtisadiyyatının əslində nə olduğunu öyrənəcəklər. Bəyannamələr, yazışmalar, başqa ölkələrlə imzalanmış ticarət müqavilələri, oliqarxlarınızın sirləri. Şəxsi videolarınız və istifadə etdiyiniz proqramlar. Biz sizin sarayınızdayıq, yemək yeyən yerdəyik, süfrənizdəyik, yatdığınız yerdəyik”.

Sevinc Paşayeva,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*