Kim Çen In bəyan etdi – KXDR Rusiyanı dəstəkləyirbackend

Kim Çen In bəyan etdi - KXDR Rusiyanı dəstəkləyir

Şimali Koreya lideri Kim Çen In Rusiyanın müdafiə naziri Andrey Belousovu qəbul edib.

KONKRET.az TASS-a istinadən xəbər verir ki, Şimali Koreya lideri Rusiyaya dəstək ifadə edib və həmişə Rusiyanın tərəfində olacaqlarını bildirib: Kim Çen In qeyd edib ki, Rusiya Qərb imperializminə qarşı mübarizə aparır.
Görüşdə bəzi məxvi müzakirələrin aparıldığı məlum olub. KXDR lideri Koreya-Rusiya münasibətlərinin “güclü təhlükəsizlik mexanizmi” kimi əhəmiyyətini qeyd edib.
Bundan əvvəl Kim Çen In Rusiyaya zərbələri Qərbin Ukraynadakı münaqişəyə müdaxiləsi adlandırıb .

Vəli Həsənoğlu,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*