Qəbələ sakini bədbəxt hadisə nəticəsində ölüb.
KONKRET.AZ xəbər verir ki, hadisə rayonun Kürd kəndində baş verib.
Kənd sakini, 1963-cü il təvəllüdlü İbrahimov Yunus Məmməd oğlu həmkəndlisi Verdiyev Ələm İsmayıl oğluna məxsus həyətyanı sahədə qoz ağacından yıxılıb. 4.8 metr hündürlükdən yıxılan Y.İbrahimov hadisə yerində dünyasını dəyişib.
Faktla bağlı araşdırma aparılır.
