Kişilər niyə tez ölür? – Psixoloq səbəbləri sadaladıbackend

Kişilər niyə tez ölür? - Psixoloq səbəbləri sadaladı

Ölkəmizdə yaşı 100-ü ötən, yaxud bu yaş həddinə çatan insanların sayında kəskin dərəcədə azalır. Dünya Səhiyyə Təşkilatının (DST) açıqladığı statistikada Azərbaycan 110-cü yerdə qərarlaşıb. Bir vaxtlar uzunömürlülər diyarı kimi tanın ölkəmizdə artıq başqa reallıq mövcuddur. 

 

KONKRET.az xəbər verir ki, psixoloq Elnarə Kərimova “Yeni Sabah”a açıqlamasında bunu belə izah edib:

Ən popluyar məhsullara 60% endirim olundu QAÇIRMAYIN!

“Məlumdur ki, insan ömrünə təsir edən tibbi, iqtisadi, sosial və hətta ictimai faktorlar var. Bir zamanlar Azərbaycan uzunömürlülərin çox olduğu ölkələrdən hesab olunurdu və bu meyarla da keçmiş SSRİ məkanında tanınırdı, hətta tədqiqat obyekti olurdu. Ancaq indi Azərbaycanda orta ömür kəskin şəkildə azalmağa doğru gedir. Son məlumatlara görə, hazırda bu rəqəm 74,5 ildir və təbii ki, kişi və qadınlara görə dəyişir. Halbuki dünyada 2050-ci ilə qədər gözlənilən ömür uzunluğu təxminən 5 il artaraq 80 ildən də çox olacağına dair tədqiqatlar var”.

Psixoloq bildirib ki, Azərbaycanda orta ömrə təsir edən faktorlar sırasında tibbi və iqtisadi faktorlar ilk sıradadır:

“Cəmiyyətdəki əhval-ruhiyyə, iş və ailə şəraiti, tibbi əlçatanlıq, hətta təhsil səviyyəsi insan ömrünü azalda və ya artıra bilər. İndiki halda insanların daha çox stress altında olması, maddi cəhətdən aztəminatlılıq, hətta icbari tibbi sığortanın olmasına baxmayaraq, səhiyyədə qeyri-peşəkarlıq problemi insan ömrünə təsir edir.

Fikir verirsinizsə, Azərbaycanın adı ürək-damar xəstəlikləri ilə bağlı ilk beşlikdə çəkilir, bəzən hətta ilk sıraya da qoyulur. Xüsusilə, son zamanlar qəfil ölümlərlə bağlı xəbərləri çox oxuyuruq. Kişilər arasında infarkt, yüksək qan təzyiqi kimi xəstəliklərdən ölüm hallarının artdığı deyilir.

Amma kişi və qadın psixologiyası, onların  baş verənlərə reaksiyası bir-birindən kəskin fərqlənir. Məsələn, kişilər qadın və uşaqlarının psixoloji yardım almasına qarşı çıxmır, hətta buna şərait yaradır, xərcini ödəyir, amma özləri, adətən, bu xidmətdən nadir hallarda istifadə edirlər. Eləcə də tibbi xidmətlərə müraciətdə də belədir. Ən son anda bəzən ailənin, yaxınlarının təkidi ilə həkimə müraciət edirlər və bəzən də çox gec olur.

Kişilər ətrafda baş verənlərdən elə qadınlar qədər təsirlənir, ancaq bunu büruzə verməyərək daha çox gizli şəkildə yaşayırlar, o zaman qəfil ölümlərin bir səbəbinin də həddən artıq gərginlik, stress olduğunu da söyləmək olar. Amma təbii ki, bütün bunlar tibbi, sosioloji, iqtisadi baxımdan köklü araşdırılmalıdır”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*