Kiyevdə radiasiya təhlükəsinə qarşı yod həbləri PAYLANILDIbackend

Kiyevdə radiasiya təhlükəsinə qarşı yod həbləri PAYLANILDI

Ukraynanın paytaxtı Kiyevdəki təxliyə mərkəzlərinə radiasiya təhlükəsinə qarşı yod həbləri göndərilib.

KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə Kiyev bələdiyyəsi açıqlama yayıb.

Bildirilib ki, radiasiya təhlükəsi zamanı istifadəsi nəzərdə tutulan yod həbləri paytaxt və ona bağlı bölgələrdəki təxliyə məntəqələrinə çatdırılıb.

Qeyd edilib ki, bələdiyyə radiasiya riskinə qarşı kifayət qədər yod tədarük edib.

İqbal Rzayev,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*