Koçaryan Putinlə Moskvada müzakirə apardı – DETALLARbackend

Koçaryan Putinlə Moskvada müzakirə apardı - DETALLAR

Ermənistanın keçmiş Prezidenti Robert Koçaryan Moskvada olduğu müddətdə Rusiya Prezidenti Vladimir Putinlə söhbət edib.

KONKRET.az “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, söhbət təxminən bir saat davam edib, koronavirusla bağlı vəziyyətə görə onlayn şəkildə aparılıb.

Koçaryanla Putin arasında söhbətin keçən həftə Ermənistanın eks-Prezidenti “AFK Sistema”nın idarə heyətinin iclasında iştirak etmək üçün Moskvada olarkən baş tutduğu bildirilir. Agentliyin məlumatına görə, tərəflər Ermənistan və bölgədəki vəziyyəti müzakirə ediblər.

KİV orqanının müxbiri Koçaryanın sözçüsü Viktor Soqomonyanla məlumatları dəqiqləşdirməyə çalışsa da, o, şərh verməkdən imtina edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*