Ermənistanın terrorçu eks-prezidenti Robert Koçaryan erkən parlament seçkilərinə “Daşnaksütyun” partiyası ilə ittifaqda gedə bilər.
KONKRET.az xəbər verir ki, “Joxovurd” qəzetinin yazdığına görə, İrəvanda Vətənin Xilası Hərəkatı liderlərinin son görüşü zamanı “Koçaryan” blokunun yaradılması ssenarisi müzakirə olunub.
Nəşr qeyd edir ki, ötən gün – martın 22-də keçirilmiş görüşdə R.Koçaryanla yanaşı, digər terrorçu eks-prezident Serj Sarkisyan, Vazgen Manukyan, “Çiçəklənən Ermənistan” lideri Qagik Sarukyan, hərəkatın koordinatoru İşxan Sagatelyan, “Vətən” partiyasının rəhbəri Artur Vanetsyan iştirak ediblər. Qəzetin yazdığına görə, iclasda 20 iyun tarixində mövcud hakimiyyət orqanları tərəfindən keçirilən erkən seçkilərdə iştirak məsələsi müzakirə edilib./moderator/