Koçaryan seçkilərə hansı formatda qatılacağını AÇIQLADIbackend

Koçaryan seçkilərə hansı formatda qatılacağını AÇIQLADI

Ermənistanın keçmiş Prezidenti Robert Koçaryan Milli Məclisə erkən seçkilərdə partiyalar blokuna liderlik edəcəyini açıqlayıb.

KONKRET.az xəbər verir ki, o, bu barədə “Pozner” proqramının efirində açıqlama verib.

Ermənistan parlamentinə növbədənkənar seçkilərin 20 iyunda keçirilməsi planlaşdırılır. Keçmiş Prezident dəfələrlə seçkilərin keçiriləcəyi təqdirdə iştirak edəcəyini bildirsə də, iştirak formatını açıqlamamışdı.

Koçaryan 10 il Ermənistana rəhbərlik etdiyini, bununla belə tərəfsiz olduğunu xatırladıb.

“Partiyalar blokunun başında iştirak edəcəm, çox güman ki, iki partiya olacaq”, – deyə o bildirib.

R. Koçaryan erkən seçkilərdə iştirak etmək üçün hansı partiyalardan ibarət bir blok yaradacağını dəqiqləşdirməyib. Erməni mətbuatında isə bu partiyalardan birinin ARF “Daşnaksütyun” ola biləcəyi barədə şayiələr dolaşır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*