Köməkçi tikilidə və qarajda yanğın: Yaralanan varbackend

Köməkçi tikilidə və qarajda yanğın: Yaralanan var

Bakıda köməkçi tikilidə və qarajda yanğın olub.

KONKRET.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.

Məlumata görə, Sabunçu rayonunda ümumi sahəsi 192 m² olan birmərtəbəli mansard tipli (1-ci mərtəbədə 1 otaq, qaraj, qazanxana və mətbəx yerləşir) köməkçi tikilinin mansardının yanar konstruksiyaları 96 m² sahədə, 1-ci mərtəbəsinin yanar konstruksiyaları 78 m² sahədə, qarajın içərisində “Volkswagen” markalı minik avtomobilinin yanar hissələri, 1 ədəd “Golf Car” avtomobili, 1 ədəd skuter və 1 ədəd generator yanıb.

Hadisə zamanı 1 nəfər yanıq xəsarəti alıb. Tikilinin qalan hissəsi və yaxınlıqdakı digər tikililər yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*